NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İmam Kazım (ə) - İmamətin sönməz nuru /Video/

İmam Kazım (ə) - İmamətin sönməz nuru /Video/

İmamətin sönməz nuru!

İslaminSesi.info – O həzrət hicri 128 ( m.745) ildə dünyaya göz acmış, hicrətin 183 ilində ( m.799) Abbasi xəlifəsi Harun ər-Rəşid tərəfindən zəhərlənərək şəhadətə qovuşumuşdur. İmamın məzarı hazırda İraqda Bağdad yaxınlığında Kazimeyn şəhərindədir. İmamın pak hərəmi Onu sevənlərin müqəddəs ziyarətgahına cevrilmişdir.

 

 O Həzrət (ə) atası imam Sadiq (ə) şəhadətindən sonra iyirmi yaşında ilahi imamət məqamına yetişmiş, qalan ömrünün otuz beş ilini müsəlmanların xidmətinə həsr etmişdir. Bu səbəbdən O, həzrətə həm də cəfəri məktəbinin hamisi də deyirdilər

 

 Çünki İmam Kazım (ə) Əhli-Beyt (ə) məktəbini elmi baxımdan himayə etmiş, İmam Sadiqin (ə) yetişdirdiyi minlərlə tələbəni elm baxımından daha da mükəmməlləşdirmiş, bu ilahı məktəbin yayılmasında və digər düşüncələr qarşısında möhkəm dəlillərlə dayanmasında əhəmiyyətli fəaliyyətə sahib olmuşdur. Həmçinin İmam (ə) müsəlmanların siyasi, ictimai işləri ilə də yaxından maraqlanmış, öz dövrünün zalim, qəsbkar hakimlərinin qarşısında daim sərt mövqedə durmuşdur.

 

 Elə buna görədir ki, İmam Kazim (ə) 37 illik imamət dövrünün böyük hissəsini zindanlarda keçirmişdir. Demək olar ki, İmam Kazim (ə) həmzamanı olduğu 4 Abbasi xəlifəsinin dördünün də zamanında çətin həyat yaşamışdır. Xüsusən də Mənsur Dəvaqanin hakimiyyət dövrünə təsadüf edən 22 illik imamət dovrü İmamın (ə) həyatının ən ağır dövrü hesab olunur.

 

 Lakin bütün bu həbs və təzyiqlərə baxmayaraq İmam (ə) öz dostları ilə əlaqə saxlayır, möninlərin Allahın kitabı ilə və Peyğəmbər (s) sünnəsi ilə bağlı bütün sualları cavablandırır, beləcə Allah dinini hər növ daxili və xarici müdaxilədən, xüsusən də qərb və ateis düşüncələrin hücumundan qoruyurdu.

 

 İmam Museyi Kazim (ə) müsəlmanları əqli-əqidəvi hücumlardan qoruduğu kimi, onların dünyəvi işləri ilə də yaxından maraqlanır, möminlərin siyasi fəaliyyətində və bir mərkəz ətrafında təşkilatlanmalarında əvəzsiz tövsiyələr verirdi. İmam (ə) zindanda olduğu müddətdə möminlər o Həzrətin yetişdirdiyi xas tələbələrin ətrafına cəm olur, öz dünya və axirət işlərini onlardan öyrənirdilər.

 

 İmam Kazım (ə) 4 Abbasi xəlifəsi ilə həm zaman olmuş, bunların dördünün də zamanında demək olar ki, eyni çətin həyatı yaşamışdır. İmamın (ə) həyatının ən ağır dövrü öz hiyləgərlik və iki üzlülüyü ilə seçilən Harun ər-Rəşidin hakimiyyəti dövrünə təsadüf edir. Harun imamı (ə) gözdən salmaq, onun etibarını zədələmək üçün müxtəlif hiylələrə əl atırdı. Bütün hiylələrinə baxmayaraq ilahi elm sahibi olan O böyuk zatın qarşısında daim məğlub olan xəlifə, çıxış yolunu imamın (ə) qətlində görür və nəhayət imamı (ə) zindanda zəhərlədir.

 

 Allahın yer üzündə olan 12 höccətinin 11-nin həyatı və ölümü demək olar ki, eyni olmuş, eyni çətin və mübarizəli həyat yaşamışlar. Allah dinin bərqərar olması və müsəlmanların həyat rifahının yaxşılaşdırılması üçün öz şərəfli ömürlərini zindana və şəhadətə fəda etmişlər.

 

 Bütün ilahi hücəttlərin həyatına nəzər saldıqda demək olar ki, eyni taleyi müşahidə edirk. Həbslər, zindanlar, şəhadətlər və bütün bunların qarşısında böyük əzm və iradə. Həmçinin təqib və təzyiqlər qarşısında tədbiri, Allahın ipinə sarılmağı, vahid mərkəz olan imamət nuruna bağlanmağı, imaın olmadığı bir vaxtda parçalanıb pərakəndə hala gəlməməyi öyrədir. Sanki hər kəsi qaib olan 12 İmamın (ə.f) dövrünə hazırlayırlar. İmamın (ə.f) qeybdə olduğu bir vaxtda müsəlmanlara zülm və ədalətsizlik qarşısında mübariz durmağı və pərakəndə hala gəlməyib İmamət elminə sarılmağı öyrədirlər.

 

 İmamət məktəbindən bəhrə aparanlar bu gün də həmin məktəbin ideologiyasından ruhlanaraq zülm qarşısında rəşadətlə dayanır, öz canlarını və azad həyatlarını Allah yolunda və İmamət nurunun çiçəklənməsinə fəda edirlər. Necə ki bunu tarix boyu Əməvilər, Abbasilər, Səudlar, Səddamlar, Qəddafilər, Sovetlər və bunlar kimi neçə-neçə zalimlərin qarşısında dayanan möminlərin rəşadətində müşahidə edirik! Tarix boyu İmamlar (ə) zülm və əziyyətə məruz qaldıqları kimi, onların (ə) məktəbi və davamçıları da bu cür əziyyətlərə məruz qalmışdır. 

 

Lakin Allah ipinə və imamət nuruna bağlılıq möminlərin əzmini daha da artırır, onları bir edir və bu ilahi nuru söndürmək istəyənlərin qarşısında vahid güc kimi birləşməyə ilham verir! 

 

 “Onlar Allah nurunu ağızları ilə sondürmək istəyirlər,Allah isə kafirlərin xoşuna gəlməsə belə öz nurunu tamamlamaq istər”

(Tövbə 32 ).

 

Yaşar Nuriyev

 

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO