İkinci mərtəbədən yıxılan uşağı havada belə tutdu - Dəhşət saçan görüntülər

İkinci mərtəbədən yıxılan uşağı havada belə tutdu - Dəhşət saçan görüntülər

Dəhşət saçan hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

 

İslaminSesi Türk mediasına istinadən xəbər verir ki,  İstanbulun Fateh məhəlləsində yaşayan iki yaşlı körpə ikinci mərtəbədən yıxılıb. 

 

Bu zaman suriyalı  körpəni 17 yaşlı Əlcəzair  vətəndaşı Feuzi Zabaat  havada tutub və onu ölümdən xilas edib. 

 

Körpənin atası Məhəmməd adlı şəxs övladını xilas etdiyi üçün əlcəzairli gəncə təşəkkürünü bildirib və ona 200 Türk Lirəsi mükafat verib. 

 

Feuzi Zabaat  adlı gənc isə bu addımı Allah rızası üçün atdığını bildirib. 

 

Hadisə anbaan məhəllədəki təhlükəsizlik kameralarına yansıyıb. 

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO