Hizbullah lideri Seyid Həsən Nəsrullahdan dünya gündəmini dəyişəcək açıqlamalar

Hizbullah lideri Seyid Həsən Nəsrullahdan dünya gündəmini dəyişəcək açıqlamalar

Hizbullah müqavimət hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ötən axşam bölgədəki son hadisələrlə bağlı təsirli çıxış edib.

İslaminSesi.info Hizbullah liderinin etdiyi çıxışın sətir başlıqlarını təqdim edir:

 


"Ərəb Liqasının ittihamlarına qarşı Hizbullahın əl-Bukamalı bütün dünyanın terror təşkilatı kimi qəbul etdiyi İŞİD-dən azad etdiyi gün Hizbullah bu ölkələr tərəfindən terror təşkilatı elan edilib.

Siz İŞİD-in qarşısında nə etdiniz ki, İŞİD-i məğlub edən Hizbullahı terror təşkilatı elan edirsiniz?

İŞİD-ə qarşı qazandığımız qələbə Peyğəmbərimizin (s) pak simasını qaraltmağa yönələn layihənin dağılması deməkdir. İŞİD-in əsl hədəfi İslamı qaralamaq idi.

Əl-Bukamalda məğlub olan İŞİD terrorçularının qaçmasına ABŞ şəxsən rəhbərlik edib. Qaçan İŞİD terrorçularına ABŞ dəstəkli kürd qrupların nəzarət etdiyi ərazilər ev sahibliyi edir.

Bir gün oyananda ABŞ-ın dəstəklədiyi kürd bölgələrinə sığınan İŞİD terrorçularının üzləri qırxılmış şəkildə SDG bayrağı altında poza verdiyini də görə bilərik!

Müqavimətə könül verən və faktiki olaraq meydanda müqavimətin tərəfində olan hər kəsə müraciət edirəm: Dünənki Ərəb Liqası deklararasiyasını. Var imiş, ya da yox imiş önəmli deyil! Yola davam edin. Bu yol tarixi dəyişdirəcək böyük qələbələrlə doludur.

Həriri qayıtdıqdan sonra bütün səmimiyyətimizlə oturub danışacağıq. Təbii ki, deyəcəyimiz şeylər olacaq və yaşanacaq prosesdən sonra ictimaiyyətə bizim də edəcəyimiz açıqlamalar olacaq.

Qəzzaya göndərdiyimiz silahlara görə fəxr edirik və bunu gizlətmirik. Suriyaya silah daxil etdik, çünki orada şəxsən döyüşürük".

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO