NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Fələstinlilərin çərpələnglərinin İsrailə vurduğu ziyanın miqdarı açıqlanıb

Fələstinlilərin çərpələnglərinin İsrailə vurduğu ziyanın miqdarı açıqlanıb

“Qəzza sektorunun sərhədi zolağında yerləşən (yəhudi) massivləri və ətrafdakı əkin əraziləri əsl cəhənnəmə çevrilib. Yanan çərpələnglərə görə yaranan bu vəziyyətə dözmək olmur. Xəsarətlər minlərlə hektar əraziyə və yüz milyonlarla dollara bərabərdir.”

İslaminSesi.info xəbər verir ki, bu məlumatı İsrailin Hareets qəzeti verib.

 

Qeyd edək ki, fələstinlilər son ayda İsrailin təcavüzlərinə cavab olaraq yeni metod tapıblar. Yanan çərpələngləri İsrailin işğal etdiyi ərazilərə uçuran fələstinlilər indiyə qədər minlərlə hektar ərazinin yanmasına səbəb olublar. İsrail Ordusu ötən gün buna cavab olaraq Qəzzada HƏMAS-ın obyektlərinə 20-dən çox hava zərbəsi endirib.

 

İsrailin “Mearif” qəzetinin məlumatına görə, İsrailin Maliyyə və Kənd Təsərrüfatı Nazirliyi təkcə may ayı üçün qərar qəbul ediblər ki, Qəzza zolağında yerləşən (işğal edilmiş) 40 min dönəm (hər dönəm 919 kvadrat metr) ərazidə yanmış əkin sahələri üçün 2 milyon şekel ayırsinlar. İsrail rejimi bu məbləği öz vətəndaşlarına kompensasiya kimi ödəyib və hal hazırda da bu tendensiya davam edir.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO