Ərzaq mağazası ibadət evi oldu - VİDEO

Ərzaq mağazası ibadət evi oldu - VİDEO

Moskvada ibadət məkanları yetərli qədər olmadığından inanclı insanlar orijinal vasitəyə əl atıblar.

Moskvanın cənub şərqində yerləşən Zyablikov rayonunun dini icması bir zamanlar supermarket kimi fəaliyyət göstərən məkanı kirayələyərək, tikilini ibadət evinə çeviriblər.  

 

İslaminSesi xəbər verir ki, qeyri-adi məscid barədə görüntülər “Facebook” sosial şəbəkəsinin “Mash” səhifəsində yayımlanıb.

 

Tikilinin daxilində aparılan təmir-quruculuq işlərdən sonra buranın bir zamanlar ərzaq mağazası olduğunu xatırladan heç nə yoxdur./xeber.im/

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO