NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Ermənilər İstanbulda telekanal açdı: Yəqin İrəvanın işğalçılıq siyasəti pisləniləcək - VİDEO

Ermənilər İstanbulda telekanal açdı: Yəqin İrəvanın işğalçılıq siyasəti pisləniləcək - VİDEO

<p> </p> <p><span style="color: #0000ff;"><strong> "İslaminSesi"</strong></span> - "Luys" kanalı 5 ildir fəaliyyət göstərən “Luys” adlı maqazın qəzetinin balansında açılır

 

 "İslaminSesi" - "Luys" kanalı 5 ildir fəaliyyət göstərən “Luys” adlı maqazın qəzetinin balansında açılır. 

 

Yanvarın 6-dan test yayımına başlayan telekanal fevralın 6-dan sonra rəsmi fəaliyyətə başlayacaq. 

 

Kanal rəhbərliyi televiziyanın beynəlxalq media orqanı olacağını rəsmi Ttwitter hesabından açıqlayıb. Eyni zamanda bildiriblər ki, bu kanal Türkiyədə yaşayan ermənilərin səsi olacaq. 

 

“"Agos” və bir neçə kiçik qəzetdən başqa mediada böyük layihəmiz yox idi” deyən Aram  Kuran hesab edir ki, bu kanal vasitəsilə erməni xalqının mədəniyyətini də tanıtmaq imkanları qazanacaqlar. 

 

“Luys” qəzeti və televiziyası Türkiyədə 35 ildir qəzetçilik edən Aram Kuran və keçmiş televiziya işçisi Şahnur Kazançının layihəsi əsasında açılır. Telviziyaya  Aram Kuranın oğlu Hartuyun Kuran başçılıq edəcək. 

 

“Luys qəzeti kimi yeni televiziyanın da maliyyə dəstəlçisinin Feriköy Surp və Kumkapı Məryəm ana Kilsəsi, eyni zamanda erməni iş adamlarının olduğu bildirilir. Televiziyanın ilk test yayımının da bu kilsələrdən olması təsadüfü deyil. Kanalın idarə heyətində Aram Kuranın qızları Belinda Kuran və Mary Kuran da yer alacaq. Ailə kanalında eyni adlı qəzetin köşə yazarı Dikran Dülgəryan da çalışacaq. 

 

Televiziyada erməni və türk dilində xəbərlər yayımlanacaq. Bundan başqa, siyasi proqramlar da efirə veriləcək. Ermənilərin özəl günlərində (dini bayramları, matəm və s.) müxtəlif yerlərdən canlı yayımlar ediləcək. 

Hazırda TV-nin yayım hazırlığı ilə baglı “Luys” qəzetində toplantılar keçrilir. Televiziya üçün yeni bina da ayrılıb. (Modern.az)

 

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO