NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dünyanın ən böyük Amfibiya təyyarəsinin ilk uçuşu – Video

Dünyanın ən böyük Amfibiya təyyarəsinin ilk uçuşu – Video

Çin dünyanın ən böyük amfibiya təyyarəsini istehsal edib.

 
İslaminSesi ölkə.az-a istinadən xəbər verir ki,”Tszilun AG 600” təyyarəsi ilk uğurlu uçuşunu həyata keçirib.
 
Təyyarə suyun üzərindən havaya qalxıb və suya eniş edib.
 
Amfibiya-təyyarə 27 avqust tarixindən Xubey vilayətindəki “Çjanxe” hidro aerodromundadır. Burada bir sıra sınaqlar keçirilib. Mütəxəssislər iki ay təyyarənin bütün texniki bacarıqlarını yoxlayıblar.
 
Təyyarə yanğınları söndürmək üçün və suda xilasetmə işləri üçün nəzərdə tutulub. Bundan başqa “AG600” əlavə qurğularla təchiz edilə bilər və dəniz mühitinin monitorinqi, sərnişin və yük daşıma, faydalı qazıntıların kəşfiyyat işləri üçün də havaya qalxa bilər.
 
Amfibiya-təyyarə dörd turbinli mühərriklə təchiz edilib. 12 ton suyu 20 saniyəyə yığır. Korpusun uzunluğu 39.3 metr, maksimal uçuş isə 4.5 min km-dir. Bir dəfəyə 50 nəfəri apara bilər.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO