NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dünyanı nüvə müharibəsindən xilas edən şəxs

Dünyanı nüvə müharibəsindən xilas edən şəxs

26 sentyabr 1983-cü il, Polkovnik-leytenant Stanislav Petrov dünyanı xilas edir.

 

O, ABŞ-ın kimyəvi silah hücumu ilə bağlı məruzə etməli idi.  Məhz bu xəbərdarlıq SSRİ-nin əks hücumuna gətirib çıxara bilərdi.  Amma o bunu etmədi. Bu çox çətin bir qərar idi. Stanislav : “Gördüyünüz kimi biz hamımız sağıq və yaşayırıq. Biz burada əyləşib bir-birimizin simasına gülümsəyirik.

 

İslaminSesi xəbər verir ki, növbədə olduğu zaman ABŞ tərəfindən raket atıldığını bildirən  həyəcan  siqnalı işə düşdü.  Həmin vaxt ABŞ və SSRİ arasında gedən soyuq müharibə pik həddə çatmışdı.   Petrov kompyuterdə böyük hərflərlə yazılan “START” düyməsini gördü. Bu artıq raketlərin buraxıldığına işarə idi. Stanislav Petrovun isə qərar qəbul etmək üçün sadəcə 15 dəqiqə vaxtı vardı.  Petrov bildirir ki, bu hücumu təsdiq etmək milyonlarla insanın ölümü demək idi:  “Həmin an bizim hərbi qüvvələrimiz əks hücum üçün hazır vəziyyətə gətiriləcəkdi.  Bu səbəbdən də mən rəhbərliklə danışarkən hücum barədə heç bir söz demədim. Çünki onların heç bir şey edə bilməyəcəklərini, sadəcə mənim qərarımla razılaşacaqlarını bilirdim. Çünki razılaşmaq ən asan yoldur. Bütün məsuliyyət isə mənim üzərimdə idi.  Mən düşünərkən gözüm tabloya sataşdı və əlavə bir neçə raketin buraxıldığını gördüm.  Lakin təhlükə haqda həyəcan siqnalını qəbul etmədim. Bu an öz-özümə bəlkə səhv edirəm deyə düşünürdüm və qərarımı dəyişib-dəyişməmək haqda fikirləşirdim. Birdən anladım ki,  real raket hücumu zamanı ABŞ bir neçə bazadan raketlər buraxardı. Nəticədə məlum oldu ki, kompyuter günəş şüalarını raket başlıqları kimi qəbul edərək həyəcan siqnalı verib. Beləliklə mənim verdiyim qərar özünü doğrultdu.  İş yoldaşlarım mənə medal verəcəklərini desələr də, hadisəni hərbi jurnala qeyd etmədiyim üçün rəhbərlikdən mükafat əvəzinə danlaq eşitdim.  Bir il sonra təqaüdə çıxdım. 2006-cı ildə Dünya Vətəndaş Assosasiyası tərəfindən mükafat aldım”.  

 

Stanislav Petrov 2017-ci ildə səssizcə dünyadan köçüb. Onun ölümü haqda bir neçə ay öncə xəbər tutulub.  O, özü haqda bunları deyirdi: “ Mən qəhrəman deyiləm. Sadəcə düzgün zamanda, doğru yerdə idim”!

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO