Daha bir qalmaqallı görüntü: Suraxanıda uşaq evində tərbiyəçi uşağı döydü - VİDEO

Daha bir qalmaqallı görüntü: Suraxanıda uşaq evində tərbiyəçi uşağı döydü - VİDEO

Sosial şəbəkələrdə Bakıda yerləşən uşaq evlərinin birində daha bir özbaşınalıq və uşaqlara qarşı zorakılıqla bağlı videogörüntü yayılıb.

Görüntü Suraxanı rayonunda yerləşən 2 nömrəli uşaq evində lentə alınıb. Videodan göründüyü kimi, tərbiyəçi azyaşlını səhv etdiyinə görə danlayır, sonra başına bir neçə dəfə sillə vurur.

 

Hələlik yayılan video kadrlara rəsmi reaksiya yoxdur.


Qeyd edək ki, bu, Bakıda yerləşən uşaq evlərində uşaqlara qarşı ilk zorakılıq hadisəsi deyil. Bundan əvvəl də media və sosial şəbəkə istifadəçiləri paytaxtdakı uşaq evlərində uşaqlara qarşı zorakılıq halları barədə dəfələrlə məlumatlar paylaşıb./virtualaz.org/

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO