Çinlilərin daha bir inanılmaz kəşfi - Hava təmizləyən qüllə

Çinlilərin daha bir inanılmaz kəşfi - Hava təmizləyən qüllə

Çində Sian vilayətində inşa edilən 100 metrlik bu qüllə havanı inanılmaz dərəcədə təmizləyib.

İslaminSesi bildirir ki, Çinin ətraf mühit instutunun araşdırmaçıları bildiriblər ki, qüllə istifadəyə veriləndən bəri 10 milyon kub metrlik havanı təmizləyib. İstifadəyə verildiyi cəmi 1 ay olan bu qüllə şəhərin pis atmosferini təmizləyə bilib. Havanı təmizləmək üçün hava qülləni əhatə edən bir neçə səviyyədən keçir sonra isə filtlərdən təmizlənərək atmosferə buraxılır. Günəş enerjisi ilə hərəkətə gətirilən qüllə imkan verir ki, minimum enerji ilə havanı təmizləsinlər. 

 

Bu qüllə ilkin layihə olaraq 2015-ci ildən nəzərdə tutulub. Əgər bu qüllə bütün lazım olan tələblərə cavab versə bunun daha böyükləri Çinin havası çirklənmiş  şəhərlərində qurulma ehtimalı var. Həmin qüllədən bəhs edən görüntüləri sizə təqdim edirik. 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO