Cinayət işləri ilə bağlı məhkəmələr onlayn keçiriləcək - VİDEO

Cinayət işləri ilə bağlı məhkəmələr onlayn keçiriləcək - VİDEO

Dünya ölkələri pandemiya şəraitində vətəndaşların məhkəmələrə əlçatanlığını təmin etmək, ədalət mühakiməsini dayandırmamaq məqsədilə müxtəlif həll yolları axtarır.

Baku TV xəbər verir ki, mütərəqqi addımlardan biri kimi, bu sahədə də elektron texnologiyalar köməyə çatır.

 

Bizim ölkədə də bu vasitələrdən geniş istifadə edilir və onların köməyilə mülki işlərə məhkəmələrdə onlayn şəkildə baxmaq mümkündür. Bundan sonra isə tək mülki yox, cinayət işləri ilə bağlı məhkəmələr də onlayn şəkildə baş tutacaq. Bu barədə qərar Məhkəmə-Hüquq Şurasının iclasında verilib.


Məhkum və təqsirləndirilən şəxsin onlayn şəkildə bilavasitə təcridxana və cəzaçəkmə müəssisələrindən dindirilməsi həm cinayət sahəsində ədalət mühakiməsinin daha çevik həyata keçirilməsi, həm də vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına şərait yaradır.

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO