Bu görüntülər Azərbaycan həbsxanasında çəkilib - VİDEODAKI Erməni kəşfiyyatçısıdır

Bu görüntülər Azərbaycan həbsxanasında çəkilib - VİDEODAKI Erməni kəşfiyyatçısıdır

Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçısı Arsen Baqdasaryan ARB TV-də yayımlanan “Rezonans” verilişinə müsahibə verib.

 

İslaminSesi Redaktor.az - a istinadən  xəbər verir ki, o, böyük cinayət törətdiyini, buna görə də ədalətli cəza aldığını bildirib.

 

Arsen Baqdasaryanın Azərbaycan dilində danışması, Səməd Vurğunun “Azərbaycan” şeirini oxuması böyük marağa səbəb olub.

 

Qeyd edək ki, anonsu təqdim edilən veriliş həftənin bazar günü, saat 23:00-da yayımlanacaq.

 

Əlavə edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hökmü ilə 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçısı Arsen Baqdasaryan 15 il həbsə məhkum edilib.

 

Hökmdə qeyd olunub ki, ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Arsen Baqdasaryan Azərbaycan Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham edilib.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO