Bizi biabır edənlər: Türkiyədə azərbaycanlılardan ibarət oğru dəstəsi yaxalandı - VİDEO

Bizi biabır edənlər: Türkiyədə azərbaycanlılardan ibarət oğru dəstəsi yaxalandı - VİDEO

Türkiyənin Samsun şəhərində azərbaycanlılar mağazalardan oğurluq edib.

İslaminSesi Oxu.az-a istinadla xəbər verir ki, 17 mağazadan oğurluq edən beşi qadın olmaqla, yeddi şəxs polis nəzarətinə götürülüb.

 

Onlar L.Laləzar, L.Bayram, H.Tamella, A.Kəmalə, A.Gülər, Y.Nazim və adı açıqlanmayan biri olub.

 

Cinayətkarlar oğurladıqları məhsulların barkod hissəsini alüminium falqaya bükdükləri üçün, nəzarət cihazından asanlıqla keçə biliblər.

 

Polis onların oğurladıqları məhsulları özlərinə məxsus avtomobildə aşkar edib.

 

Saxlanılanlardan üçü - H.Tamella, A.Kəmalə və A.Gülər barəsində həbs qərarı çıxarılıb, digər dördü isə sərbəst buraxılıb.

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO