NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıya gələn təcili yardım avtomobili dəhşətli qəzaya düşdü - QORXUNC GÖRÜNTÜLƏR/VİDEO

Bakıya gələn təcili yardım avtomobili dəhşətli qəzaya düşdü - QORXUNC GÖRÜNTÜLƏR/VİDEO

Bir neçə dəqiqə əvvəl Bakı-Qazax magistral yolunun Hacıqabuldan keçən hissəsində dəhşətli yol qəzası baş verib.

 

İslaminSesi bildirir ki, Publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, paytaxt istiqamətində hərəkət edən Səhiyyə Nazirliyinə məxsus "Mercedes" markalı təcili tibbi yardım avtomobili sürətlə yolun kənarındakı dirəyə çırpılıb.

 

Qəza nəticəsində xidməti avtomobildə olan tibb bacıları və həkim ağır xəsarət alıb.

 

Hadisə yerindən keçən başqa avtomobillərdəki insanlar düşərək yaralılara kömək etməyə çalışıb. Yaralılardan birinin vəziyyətinin çox ağır olduğu bildirilir.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO