NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda “Qarabağ dünən, bu gün və sabah” adlı elmi-praktik konfrans keçirilib

Bakıda “Qarabağ dünən, bu gün və sabah” adlı elmi-praktik konfrans keçirilib

“Qarabağ dünən, bu gün və sabah” adlı elmi-praktik konfrans keçirilib.

 

İslaminSesi xəbər verir ki, Qarabağ Azadlıq təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, təşkilat rəhbərləri, Qarabağ qaziləri, ziyalılar və media mənsubları iştirak ediblər. 

 

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şƏhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Ardınca tədbiri giriş nitqi ilə açan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, bu konfrans ildə bir dəfə Respublika Günü münasibəti ilə keçirilir və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

 

QAT sədri əlavə edib ki, bu ilki konfransa Azərbaycan, Türkiyə, İran, Rusiya, Yaponiya, Litva və digər ölkələrdən Qarabağın tarixinə, mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsinə aid məqalələr təqdim olunub. Bu məqalələr “Qarabağ dünən, bu gün , sabah, XVII buraxılış “ adı ilə kitab şəklində çap olunub.

 

Daha sonra tədbirdə çıxış edən  konfransın moderatoru , tarix üzrə fəlsəfə doktoru Firdövsiyyə Əhmədova , Tədqiqatçılar Tofiq Həsənov və Rəsmiyyə Rzalı,  Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri Növrəstə İbrahimova, eləcədə digər qonaqlar konfransın məqsədi, qoyulan məsələlər və problemlərdən söz açıblar. Öz təklif və münasibətlərini dilə gətirərək, məqalələrini təqdim ediblər. Tədbir dinlənilən məqalələr ətrafında keçirilən müzakirələrlə davam edib.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO