Bakıda dəhşətli qəza: bir maşın vurdu, digəri üstündən keçdi - VİDEO

Bakıda dəhşətli qəza: bir maşın vurdu, digəri üstündən keçdi - VİDEO

Bakıda ölümlə nəticələnən ağır qəza kameraya düşüb.

 

İslaminSesi avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Sürücü avtomobili yolun kənarında saxlayıb və qapını açaraq avtomobilin yanında, yolun hərəkət hissəsində dayanıb.

Bu zaman arxadan gələn maşın onu qapı ilə birlikdə vuraraq yolun ortasına atıb. Digər avtomobil isə onun üstündən keçib. Nəticədə sürücü yerindəcə keçinib.

 


Qeyd edək ki, bu halın təhlükəli olduğu dəfələrlə bildirilsə də sürücünün ehtiyatsızlıq etməsi həyatı itirməsinə səbəb olub.

Videonu təqdim edirik:

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO