Bakıda 2 avtobusun toqquşduğu ağır qəzanın TƏFƏRRÜATI - VİDEO

Bakıda 2 avtobusun toqquşduğu ağır qəzanın TƏFƏRRÜATI - VİDEO

Bakıda iki sərnişin avtobusunun toqquşduğu yol qəzasının təfərrüatları məlum olub.

 

İslaminSesi bildirir ki, "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü Çingiz Salamovun APA-ya verdiyi məlumata görə, avtoqəza dayanacaqda baş verib.

Məlum olub ki, 57 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşarkən sürət həddini aşıb və sükana nəzarəti itirdiyindən həmin avtobus qarşısında olan "BakuBus" MMC-yə məxsus avtobusa çırpılıb. Xəsarət alanların hamısı da 57 saylı marşrut avtobusunda olub.

Bakının Nizami rayonunda iki avtobusun toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti müəyyən edilib.

 Bunlar 1998-ci il təvəllüdlü Hüseynli Nurtac Mirzəcan oğlu, 1977-ci il təvəllüdlü Seyfullayev Ramil Davud oğlu, 1968-ci il təvəllüdlü Xəlilov Vüqar Mövlan oğlu, 1963-cü il təvəllüdlü Vəsilə Məmmədova, 1999-cu il təvəllüdlü Şəbnəm İsmayılova və 1978-ci il təvəllüdlü Xanım Qasımovadır.


Onlardan Vüqar Xəlilovun vəziyyəti ağır olduğundan stasionar qaydada müalicə alır. Digər yaralılar isə artıq xəstəxanadan evə buraxılıb. Daha iki nəfərə də hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı 57 saylı xətt marşrutu üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu ilə "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub. İlkin məlumata görə, yol qəzası nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan 5 nəfəri xəstəxanada müalicəsini davam etdirəcək, digər 3 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO