NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda 16 mərtəbəli binada yanğın baş verib - VİDEO

Bakıda 16 mərtəbəli binada yanğın baş verib - VİDEO

Bakının Binəqədi rayonu ərazisində yanğın olub.

 
İslaminSesinin ONA-ya istinadən  xəbərinə görə, hadisə Azadlıq prospekti 172 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verib.
 
Yanan mənzil həmin binanın 3-cü mərtəbəsində yerləşir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Binəqədi və Nərimanov rayonları üzrə Yanğından Mühafizə Hissələrinin bir neçə yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb olunub. Məlumata görə, yanğın ikiotaqlı mənzilin mətbəxindən başlayıb. Belə ki, mətbəxdə olan elektrik plitəsində yaranmış qısaqapanma sonradan yanğına çevrilib. Nəticədə mənzilin yanar konstruksiyaları 60 kv/m sahədə yanıb. Yanğın baş verərkən mənzildə heç kim olmayıb.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, hadisə zamanı xəsarət alan olmayıb.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO