Bakı yağışdan sonra: ənənəvi problemlər - Video

Bakı yağışdan sonra: ənənəvi problemlər - Video

Bu gün səhər saatlarından başlayan güclü yağış paytaxt yollarında bir sıra fəsadlar törədib. Leysan xarakterli yağışdan sonra Bakının bəzi küçələri suyun altında qalıb, avtomobillərin hərəkətində çətinliklər yaranıb.

 

İslaminSesi Virtualaz.org-a istinadən  xəbər verir ki, Nobel prospektində yığılıb qalan yağıntı suları kanalizasiya şəbəkəsinə axmadığından prospekt boyunca iri gölməçələrin yaranmasına səbəb olub. Yolun təhlükəli olması səbəbindən prospektdən keçən avtomobillər hərəkət istiqamətini dəyişib Keşlə qəsəbəsi ərazisindən getməli olublar.

 

Güclü şimşək ilə müşayiət olunan yağış nəticəsində paytaxtın əksər küçə və yollarında, o cümlədən, Tbilisi prospektində, Ukrayna dairəsi istiqamətində, Süleyman Sani Axundov küçəsində, “20 Yanvar”, “Əhmədli” metro stansiyalarının keçidlərində böyük gölməçələr yaranıb.

“Sədərək” ticarət mərkəzi də suyun altında qalıb. Obyekt sahibləri mağazalara və anbarlara dolan suyu təmziləməyə çalışıblar.

Yolların su basması maşınların hərəkətini çətinləşdirib, tıxaclara səbəb olub.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO