Bakı-Sumqayıt yolunda “kamikadze” sürücü - VİDEO

Bakı-Sumqayıt yolunda “kamikadze” sürücü - VİDEO

İslaminSesi xəbər verir ki, Bakı-Sumqayıt yolunda özünü ölümə aparan sürücünün görüntüsü Avtosfer.az-ın kamerasına düşüb.

 

Belə ki, yanvarın 13-ü səhər saat 09:05 radələrində Bakı-Sumqayıt yolunda hərəkət edən 10 VB 212 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib.

 

O, digər qayda pozan sürücülərdən fərqli olaraq yolun üzü Bakı istiaqamətinə olan hissəsinin sürətli zolağında yüksək sürətlə hərəkət edərək qarşısından gələn avtomobillərin üzərinə sürüb. Hadisəni qeydə alan əməkdaşımız bildirir ki, təhlükəni görən anda avtomobili sağa manevr etməsəydi ölümlə nəticələnən qəza baş verecəkdi. 

 

Ümid edirik ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin sürücü barədə araşdırma apararaq barəsində ciddi tədbir görəcək.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO