NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

AİP Qadınlar Şurasının üzvləri Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib - Videoreportaj

AİP Qadınlar Şurasının üzvləri Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib - Videoreportaj

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhadətinin 9-cu ildönümüdür.

 

İslaminSesi xəbər verir ki, Azərbaycan İslam Partiyasının təşəbbüsü , Partiyanın Qadınlar Şurasının və “Əsgər Analarına Dəstək” ictimai birliyinin təşkilatçılığı ilə “ Milli Mübarizə Məktubu” adlı aksiya keçirilib.

 

AİP Qadınlar Şurasının və “Əsgər Analarına Dəstək” ictimai birliyinin üzvlərinin iştirakı ilə baş tutan aksiya çərçivəsində, öncə Milli Qəhraman Seyid Mübariz İbrahimovun məzarı ziyarət olunub.

 

Aksiya iştirakçıları Milli Qəhramanın məzarı önünə gül dəstələri düzərək, ruhuna dualar oxuyublar.


Daha sonra aksiya iştirakçıları şəhərin müxtəlif istiqamətlərində Seyid Mübariz İbrahimovun həyatını və keçdiyi şərəfli döyüş yolunu özündə əks etdirən “ Milli Mübarizə Məktubu” adlı braşurları şəhərin müxtəlif ərazilərində insanlara paylayıblar.


Aksiya Azərbaycanın Milli Qəhrəmanını bir daha yad etmək və onun keçdiyi şərəfli döyüş yolunu insanlara yenidən xatırlatmaq məqsədi daşıyıb.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO