Ağdaşda karantinə alınan şəxsdə koronavirus aşkarlanıb? - VİDEO

Ağdaşda karantinə alınan şəxsdə koronavirus aşkarlanıb? - VİDEO

İrandan Azərbaycana gələn Ağdaş sakini karantinə alınıb.

 

İslaminSesi Oxu.Az  - a istinadən xəbər verir ki, Ağdaş rayonu, Abad kənd sakini, 39 yaşlı Sahil Nuralıyev Ağdaş Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çağırış edib. 

 

Sahil Nuralıyevin ünvanına gedən həkim briqadası ona lazımi tibbi yardım göstərdikdən sonra məlum olub ki, o, bir neçə gün əvvəl İran İslam Respublikasından qayıdıb.

 

Dərhal Sahil Nuralıyev Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Yoluxucu Şöbəyə yerləşdirilib. 

 

Xəstəxananın baş həkimi İntiqam İbrahimovun sözlərinə görə, həmin şəxsdə müayinələr aparılıb və heç bir virus aşkar olunmayıb. 

 

O, karantin müddəti bitəndən sonra evə buraxılacaq.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO