NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“10 nəfərdən ikisini götürə bilirik” – Xaçmaz bağçalarında sıxlıq yaşanır

“10 nəfərdən ikisini götürə bilirik” – Xaçmaz bağçalarında sıxlıq yaşanır

30 mindən çox əhalisi olan Xaçmaz şəhərində cəmi 5 uşaq bağçası və körpələr evi fəaliyyət göstərir. Sakinlər bildirir ki, hər il 10-larla valideyn övladlarını bağçaya yerləşdirməkdə çətinlik çəkir. Səbəb yerin olmamasıdır.

Sakin: “Mənə elə gəlir ki, bağça sayı bizdə azdır. Ona görə problem yaranır. Heç olmasa əlavə 2 bağça açılsa babalar, nənələr körpələri bağçalara apararlar”.

Sakin: “Bağçaların sayı azdır. Bir dənə böyük bağça olmalıdır ki, uşaqlar orada yerləşsinlər”.

 

Bağçada fəaliyyət göstərən pedaqoqlar bildirir ki, şəhər ərazisində əhalinin sayı çoxalıb. Bağçaların bəzilərində yenidənqurma işləri aparılmaqla binada otaqların sayı genişləndirilsə də bu problemin həlli üçün kifayət deyil.

 

Bağça müdiri Həmayıl İsgəndərovanın sözlərində görə hər il daxil olan müraciətlərin yalnız üçdə birini qəbul edə bilirlər.

 

“Hardasa bizə 90-80 faiz müraciət olursa, biz onun ancaq 20 faizini yerləşdirə bilirik. Bizim bağça 75 nəfərlikdir, hazırda sıxlıq var”.

 

Eyni çətinlik bölgədəki digər rayonlarda mövcuddur. Bağçalar il ərzində təsdiq olunmuş plana əsasən fəaliyyət göstərir. Sözü gedən planda yemək xərcləri, qrupların və hər qrupda uşaqların sayı, çarpayılar və digər meyarlar nəzərə alınır. Bu səbəbdən müəyyən saydan sonra bağçalar əlavə uşaq qəbul edə bilmir. Bəzi rayon mərkəzlərində bağçalara qəbul oluna bilməyən uşaqlar üçün sahibkarlar tərəfindən ödənişli əsaslarla xüsusi hazırlıq kursları da təşkil edilib.

 

Kəmalə Niftəliyeva – Hazırlıq kursunun rəhbəri: “Uşaq nə qədər bağçaya getsə onun üçün inkişafdır. Məktəb mühiti başqadı. Bağçalarda məktəb mühiti var. Uşaqlar inkişaf edir”.

 

Belə hazırlıq kurslarına yazılmaq üçün hər uşaqdan ayda 50 AZN tələb olunur. Bu hər valideyinin büdcəsinə uyğun olmadığı üçün bağçadan kənar qalan uşaqlar çoxdur. Ümumi mənzərədən göründüyü kimi çıxış yolu yalnız yeni bağçaların tikilərk istifadəyə verilməsidir.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO