ÖLKƏ

Oxundu: 104
Vəzifəsindən azad olunan Fazil Məmmədovdan ilk AÇIQLAMA

Vəzifəsindən azad olunan Fazil Məmmədovdan ilk AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

"İslaminSesi.info"  Bizimyol.info-ya istinadən xəbər verir ki, dövlət başçısının müvafiq qərarından sonra bir sıra KİV-də, sosial şəbəkələrdə vergilər nazirinin vəzifəsindən azad olunması ilə bağlı çoxlu müzakirələr aparılıb. Onun işdən azad olunması ilə bağlı çoxsaylı fikirlər səsləndirilib.

 

“Bizimyol.info” saytı müzakirə olunan məsələlər haqda ötən gün vəzifəsindən azad olunan Fazil Məmmədova zəng edib. Eks nazir sayta açıqlamasında Prezidentin qərarının müzakirəedilməz olduğunu bildirib.

 

“Cənab prezident sərəncam verərək məni işdən azad edib. Bu barədə səlahiyyətlər prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. . Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm.”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system