NAMAZ VAXTLARI:
  • FƏCR 05:30
  • GÜN 06:51
  • ZÖHR 12:26
  • ŞAM 18:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Vətəndaşlara sanksiya tətbiq olunanda...'

Oxundu: 339
Vətəndaşlara sanksiya tətbiq olunanda...'

«Novoye Vremya» qəzetində ««Azərişıq» işıqları kəsəcəyi ilə hədələyir» sərlövhəli yazı oxumaq olar.

"İslaminSesi.info"  məlumat verir ki,  yazıda bildirilir ki, Azərbaycanda qış mövsümü qaz və elektrik təchizatında fasilələr baş verir:
 
«Abonentlər belə hallarla məhz qışda qarşılaşırlar. Bunun səbəbləri isə çoxdur. Hətta «Azərişıq» QSC və «Azəriqaz» İstehsalat Birliyi məmurları bu faktları gizlətmək istəsələr belə, səbəblərdən biri də qaz və elektrik enerjisi qıtlığıdır. Amma hansı səbəbdən olursa olsun, buna görə heç kəs məsuliyyət daşımır. Di gəl, elə ki, borc ödənilmədi, «Azərişıq» QSC birbaşa abonenti işığı kəsəcəyi ilə hədələyir və bu həmişə baş verir».
 
Yazıda xatırladılır ki, bu günlərdə «Azərişıq» QSC yenə belə bir xəbərdarlıq ilə çıxış edib.
 
Müəllif istehlak olunan elektrik enerjisinə görə pulun ödənilməsini vacib sayır. Amma qarşı tərəfə xatırladır ki, qış qapının ağzını alıb və bu soyuqda elektriki kəsmək olmaz.
 
Yazıda vurğulanır ki, onsuz da Bakının bəzi rayonlarında istilik və su verilməsiylə bağlı problemlər yaşanır. Bu problemlərin üzərinə də başqa qayğılar yüklənməməlidir.
 
Müəllif hansısa kiçik borclara görə vətəndaşın işığının kəsilməsini çıxış yolu saymır və borcun ödənilməsi müddətinin artırılmasını təklif edir:
 
«Vətəndaşın vəziyyətinə baxmaq lazımdır. Az maaş, pensiya üzündən güc-bəla ilə dolanır, bəzənsə hər hansı gəliri olmur. Başqa tərəfdən qaza, işığa, suya və s. xidmətlərə görə müəyyən edilən yüksək tariflər özünü doğrultmur. Odur ki, vətəndaşa qarşı sanksiya tətbiq olunanda, məmurlar bu amilləri nəzərə almalıdırlar...».(azadliq.org)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system