Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

Oxundu: 70
Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2019-cu il oktyabrın 26-da “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

 

DİM-dən APA- ya verilən məlumata görə, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər.

İmtahan Bakı şəhərində 4 binada təşkil olunacaq və saat 11:00-da başlayacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system