NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Vəkilliyə qəbul imtahanı ilə bağlı yeni qaydalar müəyyən edildi

Oxundu: 369
Vəkilliyə qəbul imtahanı ilə bağlı yeni qaydalar müəyyən edildi

Azərbaycanda vəkilliyə qəbul imtahanı ilə bağlı yeni qaydalar müəyyən edilib.

"İslaminSesi.info" nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, Azərbaycanda vəkil olmaq istəyən şəxslər yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin şəxslərə yenidən ixtisas imtahanında iştirak etmək imkanı veriləcək.

 

Layihədə qeyd olunub ki, vəkil olmaq istəyənlər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidirlər. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir.

 

İxtisas imtahanının ildə bir dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur. Digər dəyişiklik isə qanunun 24-cü (Vəkillər Kollegiyasının vəsaiti) maddəsində edilir.

 

Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul olunub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system