NAMAZ VAXTLARI:
  • FƏCR 05:39
  • GÜN 06:59
  • ZÖHR 12:25
  • ŞAM 18:07
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Vəkillər Kollegiyasına yeni sədr seçilib

Oxundu: 334
Vəkillər Kollegiyasına yeni sədr seçilib

Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.

 

"İslaminSesi.info" APA-ya istinadən  xəbər verir ki, yüzdən çox nümayəndənin iştirak etdiyi konfransda kollegiyaya yeni sədr seçilib.

 

Kollegiya üzvləri səsvermə yolu ilə kollegiyanın Rəyasət Heyərtinin üzvü, vəkil Azər Bağırovu sədr seçiblər.

 

Qeyd edək ki, A.Bağırov 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.

2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi olub.

 

Xatırladaq ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system