NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Vəkil Bəhruz Bayramov Mövsüm Səmədovun oğlu barədə yazılanlara aydınlıq gətirdi

Oxundu: 169
Vəkil Bəhruz Bayramov Mövsüm Səmədovun oğlu barədə yazılanlara aydınlıq gətirdi

Vəkil Bəhruz Bayramov Qobustan həbsxanasında Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovla görüşüb.

 

"İslaminSesi" xəbər verir ki,  haqda Faktxeber.com-a vəkilin özü məlumat verib. 

 

Bəhruz Bayramov müvəkkili ilə mütəmadi görüşdüyünü bildirib: “Mövsüm Səmədovun səhhəti normaldır. Saxlanılma durumundan şikayət etmədi”. 

 

Cinayət işinin Avropa İnsan Haqları Məhkəməsində baxılmasına gəlincə, vəkil bildirdi ki, bu işlə öncəki vəkili məşğul olub və cinayət işi üzrə bildiriş Mövsüm Səmədova təqdim edilib. Bildiyim qədər hələlik kommunikasiya başlamayıb. 

 

Daha sonra vəkil Mövsüm Səmədovun oğlu, hazırda hərbi xidmət çəkən oğlu Zeynalabidin Səmədovla da görüşdüyünü bildirdi: “Zeynalabidinlə xidmət çəkdiyi hərbi hissədə görüşdüm. Hərbi xidmətdən çox razılıq edirdi. Bildirdi ki, hərbi xidmət, vətəni qorumaq hər bir vətəndaşın olduğu kimi mənim də borcumdur”. 

 

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkədə keçmiş müstəntiq Rüfət Səfərov Bəhruz Bayramovun adından status paylaşaraq, qüya Zeynalabidin Səmədovun, “mən şəhid olmağa gəlmişəm, icazə vermirlər” dediyini yazmışdır. 

 

Qeyd edək ki, Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova da oğlunun belə sözlər demədiyini söyləyib və belə reklamların oğlunun təbiətinə yad olduğunu deyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system