Vəhhabilik necə yayıldı? - Əhli-Sünnə adı altında komuflyaj

Oxundu: 175
Vəhhabilik necə yayıldı? -  Əhli-Sünnə adı altında komuflyaj

Vəhhabilik deyilincə ağıla iki əsas şəxsin adı gəlir: İbni Teymiyyə və Muhəmməd ibni Əbdül Vəhhab.

 

Peyğəmbərdən 6 əsr sonra (hicri 661-728) dünyaya gəlmiş İbni Teymiyyə yaşadığı dövrdə islama zidd əqidəsini yaya bilməsə də, peyğəmbərdən min il sonra (1695-1786) doğulmuş Muhəmməd ibni Əbdül Vəhhab bu əqidəni Ərəbistan yarımadasında yaymağı bacarmışdır.

 

Nəzərinizə çatdıraq ki, hər iki şəxsin fikirləri yaşadıqları dövrlərdə bütün sünni alimləri tərəfindən rədd edilmişdir. Bu şəxslər həmin alimlərin göstərişi ilə kafir elan edilərək təqiblərə məruz qalmışdır. Hətta İbni Teymiyyə zindana salınaraq həmin sünnü alimlərinin göstərişi ilə öldürülmüşdür.

 

Sünnü alimlərinin nəzərlərini xüsusi qeyd etməyimizin səbəbi, vəhhabiliyin sünnülük adı altında komuflyaj olunaraq yayılmasıdır.

 

İbni Teymiyyənin Dəməşqdə vəhhabiliyi yaya bilmədiyi halda Əbdül Vəhhabın Nəcd əyalətindən başlayaraq Ərəbistanda bu əqidəni yaymağa müvəffəq olmasının əsl səbəbi nədir bilirsinizmi?

 

Cavab çox sadədir. Həmin dövrdə Dəməşq islami elm mərkəzlərindən biri idi. İbni Teymiyyənin islama aid olmayan fikirlərinə alimlər cavab verir və beləcə avam xalq bu insanın ətrafına cəm olmurdu. Nəticədə İbni Teymiyyə öz təbliğində müvəffəqiyyət qazana bilmirdi.

 

Muhəmməd ibni Əbdül Vəhhabın təbliğ üçün seçdiyi yer isə elm sarıdan çox geridə qalmış bir yer olduğu üçün müqavimətlə qarşılaşmadı və camaat arasında çox sür'ətlə yayıldı.

 

("VƏHHABİYYƏT iki yol ayrıcında" Nasir Məkarim Şirazi səhifə 61) 

(İstinadla)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system