NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 9290
Vəhhabilər Yezidi buna görə təmizə çıxarmağa çalışırmışlar

Vəhhabilər Yezidi buna görə təmizə çıxarmağa çalışırmışlar

Vəhhabi düşüncəsinin təməl prinsiplərindən biri də peyğəmbərin Əhli-beytinə divan tutan Bəni-Üməyyə hakimiyyətinə və onun “xəlifə”lərinə bəraət qazandırmaq və onları paka çıxarmaqdır. Bunun arxasında nələr dayanır?

İslaminSesi.info – Sələfilərin Bəni-Üməyyə sevgisi o həddədir ki, cinayətləri ilə məşhur olan Yezid bin Müaviyəni belə paka çıxarmaqdan əl çəkmir, elmi, dini mərkəzlərdə və minbərlərdə onu müdafiə etməyə çalışırlar. Təbii ki bu yolda Yezidin düşmənlərini tapdalamalıdırlar ki, buna görə də utanmaqdan belə çəkinmirlər. Yezidi 12 xəlifədən biri və möminlərin əmiri adlandıran bu zümrə təbii ki onun zülmləri qarşısında duran İmam Hüseynə “xəlifəyə qarşı çıxan” (xarici) adı verərək, onu qınamalıdırlar.

 

Sələfilərin bu canfəşanlığının əsas səbəblərindən birini, bütün islam məzhəblərində məşhur hədis kimi qəbul edilən “12 imam, 12 xəlifə hədisi”nin möhtəvasında axtarmaq olar.

 

Bu hədisin Səhih-Buxaridə (Səhih-Buxari, Kitabul-Əhkam, Bab-51) gələn mətni belədir;

 

“Cabir ibni Səmurə Peyğəmbərdən eşitdi ki buyurur; Məndən sonra 12 xəlifə (bəzi mətnlərdə imam, bəzisində nəqib, bəzisində isə əmir gəlib) gələcək.


Cabir deyir daha sonra Peyğəmbər pıçıldadı. Nə dediyini soruşdum cavab verdi ki onların hamısı Qureyş tayfasındandır.”

 

Bu hədis demək olar bütün sünni hədis və tarix kitablarında gəlib və heç bir əhli-sünnə alimi bunu inkar etmir.

 

Əhli-sünnə alimləri tarix boyu həmişə bu hədisdə gələn, ümmət üçün gələcək o 12 xəlifəni tapmaq istəyiblər və buna görə müxtəlif versiyalar irəli sürüblər.

 

Şiələr bu baxımdan çətinlikdə deyillər. Çünki onlar bu hədis olmadan da 12 xəlifəyə və ya 12 imama iman gətiriblər.

 

Məsələn sünni alimlərindən Şəmsüddin Zəhəbi, ravilərindən Abdullah ibni Ömər çalışıblar ki, bu 12 ədədini qurub, qoşsunlar. Kimisi deyib ki, bu 12 nəfər Əbu-bək, Ömər, Osman, Əli, Həsən, Ömər bin Əbdüləziz və daha sonra gələcək digər 6 xəlifədən ibarətdir. Kimisi də israr edir ki, xeyr bu 12 xəlifə gəliblər yaşayıblar və ölüb gediblər. Məsələn vəhhabiliyin nəzəri əsasını qoyan İbni-Teymiyyənin fikrinə görə bu 12 xəlifə bu şəxslərdən ibarətdir. O, Abdullah ibni Ömərin fikrini qəbul edir və deyir;

 

“12 xəlifə Əbu-Bəkr, Ömər, Osman, Muaviyə, Yezid, Səffah,Mansur, Cabir, Əmin, Salam, Mehdi, Əmirul-Əsəbdən ibarətdir.” (Tarixul-Xuləfa səh-210).


İbni Teymiyyə hətta “12 xəlifəsi” sırasına İmam Əlini qatmaq istəməyib və sübutu da bu olub ki, bu 12 nəfər elə şəxslər olmalıdır ki, onları, dövrünün bütün tayfa və qrupları qəbul etməlidir.

 

Hər halda göründüyü kimi sələfilərin mənəvi atası Bəni-Üməyyəni önə çəkməklə, Əhli-beyti arxa plana qoymuş oldu.

 

İbni Teymiyyənin (1263-1328) bu addımına görə sələfilər 8 əsrdir ki Yezidi müdafiə etməyə, ona bəraət qazandırmağa və nəticə etibarı ilə Əhli-beyt imamlarını hakimiyyətə qarşı üsyan etdiyi üçün qınamağa çalışıblar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system