NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 6378
Vəhhabi alimindən misirli futbol ulduzuna

Vəhhabi alimindən misirli futbol ulduzuna "unikal" çağırış - Futbolu burax və tövbə elə!

Misirin vəhhabi alimlərindən biri Hişam əl-Bili bu ölkənin futbol tarixinin ulduzu hesab edilən və hazırda İngiltərənin Liverpul klubunda oynayan Məhəmməd Salahı futbolu tərk və tövbə etməyə çağırıb.

İslaminSesi.info əl-Aləmə istinadla xəbər verir ki, vəhhabi aliminin futbol ulduzuna bu çağırışı Misirdə ciddi və kütləvi narazılığa səbəb olub.

 

Məlumata görə iş o yerə gəlib çatıb ki, ölkədə dini işlərə baxan “Vəqfiyyat” naziri Məhəmməd Muxtar vəhhabi alimi haqda polis tərəfindən işin qaldırılmasını istəyib.

 

Vəhhabi alimi Hişam əl-Bili ulduz futbolçu Məhəmməd Salahın sülh səfiri olması haqda verilən sualı cavablandırarkən bildirib ki, “nə inki o islamı təmsil etmir hətta gedib tövbə də etməlidir.”

 

Vəhhabi alimi Məhəmməd Salahın qol vurduqdan sonra səcdəyə getməsini də “qeyri-şəri və şəriətdən olmayan əməl” adlandırıb.

 

Qeyd edək ki, Misirin Liverpulda oynayan oyunçusu Məhəmməd Salah bu ölkə futbol tarixində ən çox uğur qazanan ulduzdur. Onun bu il İngiltərə liqasında ən güclü bombarder olma şansı var.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system