‘VƏHDƏT HƏFTƏSİ’ – Bir-birinizlə çəkişməyin, yoxsa zəif düşərsiniz... (Ənfal, 46)

Oxundu: 154
‘VƏHDƏT HƏFTƏSİ’ – Bir-birinizlə çəkişməyin, yoxsa zəif düşərsiniz... (Ənfal, 46)

Quran və Allahın Rəsulu (s) bütün ümməti birləşdirən ortaq dəyərdir.

Müəyyən fikir ayrılıqlarına baxmayaraq Allah Rəsulu (s) bu ümmətin ortaq baş tacıdır. Hər bir müsəlman Peyğəmbəri (s) sevir, ona (s) böyük ehtiram bəsləyir. Hətta o Həzrətin adı çəkiləndə bəzisi ayağa qalxır, kimisi salavat zikr edir, hətta kimisi adını dilə gətirməyə belə həya edir. Bütün bunlar Rəsulallaha (s) olan ehtiram və sevgidən doğur.

 

"Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə salam və rəhmət göndərirlər. Ey iman gətirənlər! Siz də ona salam göndərin və layiqincə təslim olun." (Əhzab, 56).

 

Hazırda müsəlmanlar arasında çoxlu təriqət və məzhəblərin olması inkar olunmaz bir həqiqətdir. Amma bu o demək deyil ki, bu təriqətlər bir-birinə düşməndir, yaxud aralarında kin küdurət olmalıdır. Xeyr! Ümumiyyətlə qəlbində Allah xofu, Allah sevgisi, Allaha iman, peyğəmbərə (s) sevgi və ehtiram olan qəlbdə kin, nifrət olmaz! Əgər varsada imanı yoxdur deməkdir:

 

Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. (Ali-İmran 110)

 

Düzdür insan narahat ola bilər, başqalarına ürəyi yana bilər, doğru yola dəvət və ya təkid edə bilər. Onu da insan kimi etməlidir. Təbii ki, milyardlarla, milyonlarla insan olan yerdə fikir ayrılığı da olacaq, müxtəlif baxışlar və yanaşmalar da olacaq. Üstəlik də ki, zaman etibari ilə uzun bir zaman ola. Bu o demək deyil ki, ixtilaflar olmalıdır. Əksinə olması normaldır. Müsəlmanlar da bu məsələlərini ədəbi, elmi, əxlaqi çərçivədə həll etməlidirlər.

 

Bütün bu amilləri nəzərə alaraq, xüsusən də indiki dövürdə düşmən hiylələrini, müharibələri, iqtisadı çətinlikləri diqqət mərkəzində tutaraq mərhum Ayətullah İmam Xomeyni (r) rəbiul-əvvəl ayının 12-17 günlərini müsəlmanların vəhdət həftəsi kimi qeyd olunmasını irəli çəkib. Ayın 12 si Əhli-Sünnə nəzərinə görə, ayın 17-i Şiə nəzərinə görə Allah Rəsulunun (s) doğum günüdür. Allahın rəsulu (s) müsəlmanların baş tacı, nübuvvət silsiləsinin xatəmi, sonuncusudur:

 

Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir.  (Əhzab-40)

 

Mərhum İmamın (r) məqsədi ümmətin birləşməsi, ortaq dəyərləri əldə əsas tutaraq ortaq məxrəcə gəlmək, müsəlman ümmətinin yaşam rifahına xidmət edən işləri önə çəkmək, müsəlmanların mal və sərvətlərini qarət edən istisimarçılara qarşı bir olmaq. Həmçinin digər əqidəyə məxsus olan məzlum insanlara yardım etməkdir. Bütün bunlar vəhdətdən, birlikdən, bir-birinə ehtiramdan keçir. Müsəlmanlar bir olmasa düşmən arada təfriqə salar, aralarında uçrum yaradar:

 

Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi... (Ali-İmran 103)

 

 

Bu həftə həm mənəvi baxımdan, həm də siyasi baxımdan çox önəmlidir. Allah Təala yer üzünü bu həftədə nurlandırdı. Allah Təala bir rəhmət olaraq Öz Rəsulunu (s) yer üzünə göndərməklə dünya əhlinə bir rəhmət bəxş etdi. Biz də bu həftəni diri tutmaqla həm dinimizi, mənəviyyatımızı, həm də birliyimizi, qardaşlığımızı, vəhdətimizi, torpaqlarımızı, sərvətlərimizi qoruyaq.

 

“Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir” (Ənfal, 46).

 

“Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız!” (Hucurat, 10).

 

İslaminSesi.info

Yaşar Nuriyev

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system