“Vaşnqton olmasa belə təhlükəsiz bölgəni tək başımıza yaradacağıq” - Türkiyə rəsmisi

Oxundu: 453
“Vaşnqton olmasa belə təhlükəsiz bölgəni tək başımıza yaradacağıq”  - Türkiyə rəsmisi

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy, ABŞ-ın Suriya üçün "təhlükəsiz bölgə" təklifinin Ankaranın gözləntilərinə cavab vermədiyini söylədi.

 

“İslaminSesi” BBC.com-a istinadən xəbər verir ki, Hami Aksoy bu fikirləri Xarici İşlər Nazirliyində təşkil edilən mətbuat konfransında bildirib. O, həmçinin "ABŞ ilə ortaq bir nöqtədə razılaşa bilməyəcəyimiz təqdirdə tək başımıza təhlükəsizlik bölgəsi yaratmalı olacağıq" deyə əlavə edib.

 

“Gözləntilərimiz qarşılanmadığını halda bu məsələsində lazımi addımları atacağıq. Biz müttəfiqlərimizin terrorçularla əməkdaşlıq etməsini istəmirik. 3 avqustdan, ölkəmizə gələcək olan ABŞ hərbi nümayəndə heyəti ilə danışıqlar davam edəcək. Görüşlərin oyun-oyuncağa çevrilməsinə yol verməyəcəyik. Hər cür tədbiri ala biləcək gücə sahibik. Danışıqlar sonsuza qədər davam edən deyil..." deyə Hami Aksoy məsələyə münasibət bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system