NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Vaşinqtonun S-400 oyunbazlığı - ABŞ nədən narahatdır?

Oxundu: 676
Vaşinqtonun S-400 oyunbazlığı - ABŞ nədən narahatdır?

Elşən Manafov: “Təzyiqlərə baxmayaraq Ərdoğan iqtidarının geriyə addım atacağını düşünmürəm”

 

Türkiyənin Rusiya ilə manasibətləri yaxşılaşdırması, ABŞ-ın təzyiqlərinə rəğmən Rusiyadan dəyəri 2.5 milyard dollar olan S-400 raket kompleksi almağa hazırlaşması Ankara-Vaşinqton xəttində gərginliyi artırıb.

 

Bəlli olduğu kimi, ABŞ NATO üzrə müttəfiqinə Rusiyadan raket müdafiə sistemi alma planları ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib. Ancaq Amerikanın xəbərdarlığına baxmayaraq, rus sistemlərini almaqda qərarlı görünən rəsmi Ankara, S-400-lərdən vaz keçməyəcəyini və geri addım atmayacağını açıqlayıb.

 

Üstəlik, Türkiyə Rusiya ilə S-400 raketlərinin alınması istiqamətində daha bir müqavilə imzalayacağını bəyanlayıb.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə kanallarına müsahibəsində bildirib ki, əgər ABŞ, onlara “Patriot” raketlərini  satmaqdan imtina etsə, Ankara S-400-lərin ikinci partiyasını ala bilər.

 

Bu arada silah sistemləri məsələsində Ankaraya qarşı təzyiqlərini artıran ABŞ, son xəbərdarlığında Türkiyəni NATO-dan cıxarmaq və sanksiyalar tətbiq etməklə hədələyib.

 

Bəs yaxşı, Birləşmiş Ştatların S-400-lə bağlı Türkiyəyə təzyiqlərinin arxasında əslində, nələr dayanır? Əsas məqsəd Rusiya-Türkiyə münasibətlərində ciddi gərginlik yaratmaq və bundan yararlanmaq deyilmi?

 

Mövzu barədə fikirlərini “İslamınSesi” ilə bölüşən politoloq Elşən Manafov maraqlı nüanslardan bəhs etdi. Bildirdi ki, ilk növbədə ABŞ-Türkiyə münasibətlərində yaranan gərginliyin məsuliyyəti daha çox Birləşmiş Ştatların və NATO üzvlərinin üzərinə düşür: “Məsələ burasındadır ki, ABŞ-dan “Patriot” raket sistemləri almaq istəyən Ankara hətta Amerikanın sıravi siyasi rəhbərliyilə danışıqlar apardı. Amma Birləşmiş Ştatlar bir sıra problemlər yaratdı. Yəni Türkiyə iqtidarı gözəl başa düşür ki, həmin sistemlər hava hücumlarından müdafiə imkanlarını gücləndirsə də, lakin ABŞ-ın özü tərəfindən ola biləcək təhlükə və təhdidlər qarşısında işləməyəcək. Əslində, məhz bu amil Türkiyəni Rusiyaya müraciət etməyə məcbur etdi. Hərçənd Türkiyə və Rusiya arasında mövcud silah sövdələşməsi ilk növbədə Rusiyanın maliyyə maraqlarına cavab verir. O baxımdn Rusiyanı iqtisadi sanksiyalarla çökdürmək istəyən Qərb, xüsusən də ABŞ, S-400 anlaşmasından razı deyil və Türkiyə rəhbərliyinə təzyiq göstərərək, geri addım atmasına səy göstərir”.

 

Politoloq onu da qeyd etdi ki, Ankara və Vaşinqton arasında gərginlik doğuran ilkin amil ABŞ-ın PYD/PKK ilə əməkdaşlığıdır: “Ərdoğan dəfələrlə Trampdan tələb edib ki, Amerika terrorçu təşkilatların maliyyəsinə son qoysun. Ancaq məlum oldu ki, ABŞ-ın PKK-nın Suriya qanadı olan PYD/YPG-yə hərbi təlim, silah və sursat dəstəyi davam edir. Yeri gəlmişkən, Suriya məsələsində Rusiyanın Türkiyənin maraqlarına cavab verən mövqeyi rəsmi Ankaranın Moskva ilə əməkdaşlığına təkan verdi və iki dövlət arasında hərbi-siyasi razılaşmalar iqtisadi-ticarət sahəsindəki münasibətlərin dərinləşməsinə şərait yaratdı. Beləliklə, süni manelərlə Türkiyəni Avropa Birliyinə buraxmaq istəməyən, 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasını nəzərdə tutan layihələri parlamentdə qəbul edən Qərb dövlətləri, ABŞ özləri də bilmədən türk dövlətinə Rusiyaya tərəf real addımlar atmağa şərait yaratdılar.

 

Heç şübhəsiz, indiki məqamda ABŞ müxtəlif təzyiqlər vasitəsilə Türkiyəni mövcud siyasətindən çəkindirməyə çalışır, əngəllər yaradır. Amma yaxın perspektivdə Ərdoğan iqtidarının geriyə addım atacağını görmürəm. Trampın, Qüdsün İsrailin paytaxtı olması barədə qərarına qarşı çıxan ilk dövlət məhz Türkiyə oldu. Və Türkiyənin təşəbbüsü ilə bu məsələ BMT-nin Baş Assambleyasında müzakirəyə çıxarıldı. Türkiyə bir tərəfdən Rüsiya ilə əməkdaşlığını genişləndirir, digər tərəfdən ABŞ-ın Yaxın Orta Şərq siyasətinə yönəlik alternativ mövqe sərgiləyir və ən azı özünü İslam dünyasının lideri ampluasında görür. Ərdoğanın siyasəti  bəzi məqamlarda Atatürkizmdən kənara çıxsa da, əslində Osmanlı layihəsinin rellaşmasına yönəlib. Bu proyekt isə Qərbi, ABŞ-ı ciddi narahat edir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system