NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Vaşinqton məyus olur - Avropa İttifaqının dağılması ABŞ-ın hegemonluğuna son qoya bilər

Oxundu: 431
Vaşinqton məyus olur - Avropa İttifaqının dağılması ABŞ-ın hegemonluğuna son qoya bilər

Artıq Avropa dövlətləri Birləşmiş Ştatların diktəsi ilə hərəkət etmək niyyətində deyillər

Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi həmin məkanın digər ölkələrini də bu qurumdan çıxmağa həvəsləndirdib. Vaxtilə Fransada və İtaliyada Aİ əleyhinə aparılan kampaniyalardan sonra Avropanın digər dövlətlərində də bu qurumda qalmaqla bağlı mənfi fikir formalaşıb. Bu günlərdə isə sözügedən qurumdan çıxmağın vacibliyi və əhəmiyyəti haqda fikirlər yenidən gündəmə gəlib.

 

Belə ki, İtaliya parlamentinin aşağı palatasının büdcə üzrə komissiyasının sədri, “Şimal liqası” Partiyası sədrinin iqtisadi məsələlər üzrə müşaviri Klaudio Borgi Almaniyanın “Capital” jurnalına müsahibəsində, hakimiyyətə gələcəyi təqdirdə ölkəsini Aİ-dən çıxarmağa çalışacagı haqda düşüncələrini gizlətməyib. O, belə bir addımı ölkənin milli təhlükəsizliyinə görə atacağını bildirib.

 

Borginin fikrincə, Avrozonadan çıxmaq İtaliya üçün çox faydalı olacaq.

 

Bəli, bu gün Avropanın bir çox ölkələrində, xüsusilə də inkişaf etmiş ölkələrdə Aİ əleyhinə yürüdülən siyasi kampaniyalar sürətlənməkdədir. Səbəblər sırasında əsas yeri isə bütün istiqamətlər üzrə müstəqil siyasətin yürüdülməsi istəyi tutur. Artıq Avropa dövlətləri öz ölkələrinin, pullarının, sərhədlərinin, miqrant siyasətlərinin öz əllərində olmasını istəyirlər.

 

Məlum olduğu kimi, ABŞ hökuməti Aİ-nin dağılma prosesinin getməsindən heç məmnun deyil. Əksinə, bu prosesin başlanması Vaşinqtonu həddən artıq məyus edir. Çünki Birləşmiş Ştatların istəyinə uyğun qərarların verilməsi yalnız birlik şəklində asan və mümkündür. Amma Avropa dövlətləri artıq ABŞ-ın diktəsi ilə hərəkət etmək niyyətində deyillər.  

 

Xatırladaq ki, Aİ bir zamanlar keçmiş SSRİ-yə və onun başçılıq etdiyi bloka qarşı yaranmışdı. İndi SSRİ də yoxdu, onun bloku da. Əvəzində Avropa ölkələrindən yalnız öz mənafeyi üçün istifadə edən ABŞ var. Onun dünya hegemonluğu xeyli dərəcədə Avropa ilə bağlıdır. İndi isə Avropa ondan canını qurtarmağa çalışır. Görünür, bunun yolunun Aİ-nin dağılmasında olduğunu həmin məkana daxil olan dövlətlər artıq anlamağa başlayıblar.

/İslaminSesi/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system