NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Üzrxahlığın arxasındakı məkrli plan - Yüz illərdi dəyişməyən erməni mahiyyəti

Oxundu: 571
Üzrxahlığın arxasındakı məkrli plan - Yüz illərdi dəyişməyən erməni mahiyyəti

Azər Rəşidoğlu: “Xocalı soyqrımına görə üzr üstəyənlərin səmimiyyəti Ermənistan parlamentinin bu qətliamı soyqrımı kimi tanıması ilə ölçülə bilər”

 

Danılmaz həqiqətdir ki, iki ölkə arasında aparılan danışıqlar, Ermənistan güzəştə getmədən sülhlə başa çata bilməz. Təcrübə göstərir ki, Paşinyan sülh sazisi imzalayacağı an onu hakimiyyətə gətirən kütlə özü devirəcək. Biz Levon Ter-Petrosyanın timsalında bunun artıq şahidi olmuşuq. Belə ki, Ermənistana gedən azərbaycanlı jurnalistin də ermənilər arasında apardığı sorğu və muşahidələrdən sonra gəldiyi son nəticə belədir ki, erməni ictimaiyyəti hətta müstəqilliyin itirilməsi bahasına belə, Azərbaycana bir qarış da olsun torpaq  qaytarmaq niyyətində deyil. Odur ki, Paşinyanın yaxın dövrdə öz hakimiyyətini itirmək bahasına başa gələn belə bir sülhə gedəcəyi inandırıcı deyil.

 

Xocalı soyqırımının ildönümü ilə bağlı “Facebook” sosial şəbəkəsində bir qrup erməninin Ermənistan dövlətinə müraciət erməsi və onların çoxunun  öz səhifələrində başsağlığı mətni yayımlaması isə fikrlərin haçalanmasına səbəb olub. Belə ki, mətndə ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün daha fəal olmasına çağırış edilib və erməni istifadəçilər ölkələrinin bütün layihələrdən kənarda qaldığını, münaqişənin hər iki xalqın sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərdiyini və Qarabağın əslində Azərbaycanın nəzdində normal inkişaf edə biləcəyini vurğulayıblar. Diqqəti cəlb edən əsas məqam isə ermənilərin Xocalı faciəsi ilə bağlı üzr istəməsidir.

 

Bəs bir qrup erməninin sosial şəbəkədə Xocalı soyqırımına görə başsağlığı verməklə üzr istəməsi və münaqişənin Azərbaycanın ərazi bütövlüyünün qorunması prinsipi əsasında həllinin vacibliyi barədə fikirlərini səmimi qəbul etmək olarmı? Bunun arxasında hansısa məkrli plan dayanmır ki? Ümumiyyətlə belə fikirlər Ermənistan hakimiyyətinə təsir edə bilərmi? Bəs demokratiya, rifah istəyən Ermənistan əhalisi özü sülhə, güzəştlərə hazırdırmı?

 

"İslamınSesi" saytının sualını cavablandıran politoloq Azər Rəşidoğlunun sözlərinə görə, erməni cəmiyyəti millətçilik xəstəliyinə tutulub: "Onlar Azərbaycana və Türkiyəyə nifrət edirlər. Liberal, kommunist, millətçi olmasından asılı olmayaraq, hər bir erməni bu məsələdə yekdildir. Həmin paylaşmalar haqqında dəqiq münasibət bildirməkdə çətinlik çəksəm də onu qeyd edə bilərəm ki, bir qrup erməni çoxluğu ifadə etmir və bu üzrxahlıq  rəsmi səviyydə deyil. Başqa sözlə desək, bu üzrxahlıq erməni ictimaiyyətinin ümumi fikrini ifadə etmir. Biz üzrü o vaxt qəbul edə bilərik ki, işğal olunmuş torpaqlarımızı azad edək. Əks təqdirdə heç bir üzr bizə gərək deyil. Xocalı soyqrımının üzrü ilə bağlı verilən başsağlığının səmimiyyəti Ermənistan parlamentinin bu qətliamı soyqrım kimi tanıması ilə ölçülə bilər. Nə qədər ki, bu baş verməyib, biz "ermənilər qətliamla bağlı  üzr istədi" deyə bilmərik”.

Sözügedən fikirlərin Ermənistan həkimiyyətinə təsir etməsinə gəlincə, politoloq dedi ki, bunun real olmadığını hər birimiz görürük. Azərbaycan cəmiyyətində çoxdan danışıqların heç bir nəticə vermədiyi, sadəcə imitasiya xarakteri daşıdığına dair rəy formalaşıb və bu rəy getdikcə möhkəmlənməkdədir: “Paşinyanın mövqeyi də, bu günlərdə Ermənistan müdafiə nazirinin hucum barədə dedikləri də buna əsas sübutdur. Ermənistanın danışıqlardan uzaq olması, ona ciddi şəkildə yanaşmaması Azərbaycan ictimaiyyəti üçün heç də yeni məlumat deyil və buna görə də bir neçə erməninin üzrxahlığı vəziyyəti dəyişmir. Digər tərəfdən bu hərəkətin arxasında da erməni məkrinin dayanmadığı nə məlum? Ola bilsin ki, üzrxahlıq edən həmin ermənilər müəyyən məqsəd üçün belə fikirlər səsləndiriblər. Biz erməni mahiyyətinin nə demək olduğunu acı təcrübəmizdən artıq öyrənmiş və erməniyə etibar etməmək həqiqətini gec də olsa başa düşmüşük".

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system