NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Uşaqlar doğularkən verilən birdəfəlik müavinət ən azı 5 dəfə artırılmalıdır"

Oxundu: 146

İqtisadçı ekspert Nazim Bəydəmirli ölkədə əsas sosial problmlərdən olan uşaq pulları ilə bağlı “Abzas”-a açıqlama verib.

O öz açıqlamasında deyib ki, “Azərbaycanda hökümət uşaq pullarını illər öncə ölkədə demoqrafik problemin olmaması arqumentini səbəb gətirərək ləğv edib. Ancaq Azərbaycan dövləti sosial dövlət olduğu üçün uşaq pulları bərpa edilməlidir, çünki uşaq pulları təkcə doğumu stimullaşdırmır həm də bu vətəndaşın sağlam böyüməsi üçün dövlətin valideynlə bərabər uşağın məsuliyyətini bölüşmək deməkdir. Almaniya, İsveçrə kimi ölkələrdə uşaq pulları bəzən 20-25 yaşlarına qədər verilir.
 
İqtisadçı həmçinin dünya təcrübəsindən misal gətirirərək qeyd edib ki, “Prezidentin son sərəncamına qədər uşaq pulu birdəfəlik verilirdi və 90 manat idi, indi bu məbləği artırıblar və 200 manat ediblər. Ancaq bu yetərli deyil, Rusiyada bir ailədə ikinci uşaq olanda valideynlərə 8 min dollar vəsait verilir, Ukraynada bu rəqəm 2 min dollardır, Almaniyada 25 yaşına qədər hər ay uşaqlara təqribən 200 avro vəsait verilir. Almaniyada hətta məktəblilərə hər ay 10 avro vəsait verilir ki, tədrisdən kənar başqa bir işlə məşğul ola bilsinlər”.
 
 
O Azərbaycanda əhalinin artımının yüksək olmasını səbəb gətirərək valideynlərə uşaq pulu verilməməsi ilə bağlı arqumentin də yanlış olduğunu deyir, belə ki, ekspertin dediyinə görə ölkədə insanların təbii artımı aşağıdır, bu rəqəmin 2,1-2,4 arası olmalı olduğuna baxmayaraq Azərbaycanda nisbətən aşağı 1,8 əmsalına bərabərdir.
 
İqtisadçı həmçinin ölkədə işsizliyin yüksək olmasının da uşaq pullarının bərpa edilməsinə arqument olduğunu deyir. Belə ki, Nazim Bəydəmirlinin sözlərinə görə ölkədə 10 milyon əhalidən cəmi 1 milyon 600 mini muzdla çalışır, 2 milyon 400 mini isə sığorta haqqı ödərəyək çalışır. Deməli, ortalama hesablasaq dörd nəfərdən ibarət bir ailədən cəmi bir nəfər işləyir. Orta aylıq əmək haqqı təqribən 550 manatdır. Ölkədə bir nəfər üçün yaşayış minimumu 180 manat olduğu üçün, bu o deməkdir ki, bir ailənin təkcə qidalanma və geyim üçün ayda 720 manat gəliri olmalıdır.
 
Ekspert həmçinin ölkədə tibbi sığortanın işləməməsinə də diqqət çəkərək, uşaqların doğulmasının xəstəxana xərclərinin də yüksək olduğunu, bunun üçün ən azı 1000-1500 manat tələb olunduğunu deyir.
 
İqtisadçı hökümətə təklif edir ki, uşaqlar doğularkən verilən birdəfəlik müavinət ən azı 5 dəfə artırılmalıdır. Uşaqar üçün yaşayış minimumu ən azı 180 manat olmalı və 18 yaşına qədər ödənilməlidir. Həmçinin, dünya praktikasına uyğun olaraq tələbələrə 23 yaşına qədər uşaq pulları verilməlidir.
 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system