NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Uşaq tez-tez küsürsə...

Oxundu: 699
Uşaq tez-tez küsürsə...

Bir çox uşaqlar küsəyən olur. Bəzən çox boş və anlamsız şeylərə görə inciyirlər.

 

İslaminSesi psiman.ru-nun bu mövzuda yazdığı məqaləni oxuculara təqdim edir.

 

Balacalardakı bu halla necə mübarizə aparmaq olar? Bəzi valideynlər hesab edir ki, bu hal övladlarına yetərincə diqqət ayırmadıqlarına görə baş verir və başlayırlar uşağa təriflər yağdırmağa. Bəziləri hər şeyi axarına buraxır, bəziləri isə həqiqətən problemin səbəbini tapmağa çalışır.

 

Uşaqlarda ilk incikliklər erkən yaşlarda başlayır, lakin onlar hər şeyi tez unudur. Amma 5-6 yaşlarında uşaq artıq inciklikləri yadda saxlamağa başlayır. Küsəyən uşaqlar çox həssas olur və bəzən sizin heç fikir vermədiyiniz şeylərdən inciyir. Bu cür uşaqların tək həmyaşıdları tərəfindən deyil, ətrafındakı böyüklər tərəfindən də diqqət və hörmətə ehtiyacları var.

 

İncikliklərə nə səbəb olur?

İncikliklərin ən əsas səbəbi kollektivdə uşağın qəbul olunmaması ola bilər.
Məsələn, uşaq tamaşada və ya bayramda iştirak etməyi çox istəyir, amma onu qəbul etmirlər. Əlbəttə, buna reaksiya olaraq, o inciyəcək.

 

İncikliklərin ikinci səbəbi məsxərə yaxud söyüş ola bilər. Özü də çox vaxt uşağı söyən onun valideynləri olur. Onlar bunu zarafata da edə bilər, amma bilmədən uşağı incitmiş olurlar.

Amma bəzən də inciklik sadəcə valideynləri manipulyasiya etmək üsulu olur: "Bəlkə, küssəm, istədiyimi edərlər?.."


Burda valideynlər çox vaxt səhvə yol verir və uşağa çatışmayan diqqəti kompensasiya etmək üçün onu həddən artıq tərifləməyə başlayırlar. Lakin yersiz tərif uşağın zərərinə ola bilər, çünki hamı onu sizin kimi tərifləməyəcək.

Bəs bu halda nə etmək daha doğrudur?

Ən optimal variant uşağa inciklikləri ürəyinə salmamağı öyrətməkdir. Bucür yaşamaq ona daha asan olacaq. İmkan verin uşaq fikirlərini ifadə etsin, hiss etdiklərini anlatsın. Əlbəttə, uşaqlar hisslərini həmişə düzgün ifadə edə bilmir, amma bu işdə də ona yardım etməlisiniz.

 

Övladınızı yaşıdlarıyla müqayisə etməkdən çəkinin. Ona daim "xalxın uşağı"nın daha ağıllı, səliqəli, təmizkar olduğunu desəz, gələcəkdə özünə inamı olmayan birini yetişdirmək ehtimalı var. Lakin həddən artıq tərifləsəz, böyüdükdə özündən razı biri ola bilər.

 

Qeyd edək ki, uşağın inciməyə tutarlı səbəbi də ola bilər. Bu zaman onu mütləq dinləmək və problemini həll etməkdə kömək etmək gərəkdir. Ona onun tərəfində olduğunuzu və hər bir vəziyyətdə ona dəstək və kömək olacağınızı hiss etdirin.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system