NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ümumdünya Səhiyyə Təşkilatından Zəm-zəm suyu ilə bağlı inanılmaz məlumat

Oxundu: 124
Ümumdünya Səhiyyə Təşkilatından Zəm-zəm suyu ilə bağlı inanılmaz məlumat

Zəm-zəm suyu qapalı şəraitdə illərlə qalsa belə, tərkibi olduğu kimi qalır

 

Ümumdünya səhiyyə təşkilatının məlumatına görə, Zəm-zəm suyunun dünyada tərkibində mikroorqanizmlər və bakteriyalar olmayan yeganə su olduğu üzə çıxıb.

Plastik su bidonları
 

 

İslaminSesinin Sputnik Azərbaycan-a istinadən  məlumatına görə, bundan əlavə bu su mayalandırma xüsusiyyətinə malikdir. Belə ki, 1 stəkan Zəm-zəm suyu 1 vedrə şəbəkə suyunu saflaşdıra bilir. Ona qatılanı dəyişir, amma özü dəyişmir. Ancaq tər vasitəsilə bədəndən çıxır. 4000 ildir çıxan suyun heç vaxt su səviyyəsi aşağı düşməyib.

 

Yaponiya alimi Masero Emotonun The True Power of Water kitabına əsasən bu suyun tərkibində olan minerallar heç bir suda yoxdur. Eyni zamanda, heç bir kimyəvi maddələrin olmadığı yeganə sudur. Qapalı şəraitdə illərlə qalsa belə, tərkibi olduğu kimi qalır. Ötən il xüsusi dalğıclar vasitəsilə mənbəyi təyin etmək üçün baş vursalar da 136 m. gedə bilibdilər.

 

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, dünyanın ən sağlam və faydalı sularından olan Zəm-zəm suyunun sirri hələ də müəmmalı olaraq qalır. Bu gün texnologiyaların son dərəcə inkişaf etdiyi bir vaxtda belə Zəm-zəm suyunun mənbəyi tapılmır. Yaponiyalı alim Masaru Emoto Zəm-zəm kristallarını mikroskop altında müşahidə edib. Suyun dəyişkən kristal quruluşa malik olduğunu görən mütəxəssis maraqlı hadisənin şahidi olub. Onun sözlərinə görə, kristallar səsə reaksiya verir: "Zəng səsində tündləşən kristallar, Quran oxunanda paklaşır və şəffaf rəng alır".

 

Məkkə şəhərində Məscidül-həramın ərazisində yerləşən quyu İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşir. İslam inanclarına görə, bu bulaq min illər əvvəl İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılıb. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür.

 

Deyilənə görə, İbrahim peyğəmbərin həyat yoldaşı Həcər xanım bulaqdan su doldurduqdan sonra onun dayanmasını, qurumamasını istəyərkən bir neçə dəfə "zəm-zəm" (dayan) sözünü təkrarlayıb. Belə ki, suyun səviyyəsinin azalmamasının məhz bununla əlaqəli olduğu deyilir.




Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system