NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ukraynaya aid döyüş gəmiləri Rusiya sərhəddinə daxil oldu - Ölkələr arasında gərginlik artır

Oxundu: 81
Ukraynaya aid  döyüş gəmiləri Rusiya sərhəddinə daxil oldu  - Ölkələr arasında gərginlik artır

Ukraynaya məxsus hərbi gəmilərin Rusiya sularında hərəkət etməsi iki ölkə arasındakı gərginlikləri daha da artırıb.

 

İslaminSesi “Haber Türk” ə istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinə məxsus 2 hərbi gəmi Kerç boğazını keçərək, Krım körpüsünə çatıb. Hadisə iki ölkə ictimaiyyətində də gərginlik yaradıb.

 

Qeyd edək ki, Ukraynada 2014-cü ildə başlayan vətəndaş müharibəsinə Rusiyanın müdaxiləsi iki ölkə arasında müharibə həddinə gətirib çıxarıb.

 

Ukrayna və Rusiya arasında 2013-cü ildən imzalanan qarışılıqlı protokola əsasən, hər iki ölkə sərhəd sularında sərbəst hərəkət edə bilirdilər.  Lakin Ukraynada başlayan vətəndaş müharibəsindən sonra, belə bir hal baş verməyib.  

 

Bu səbəbdən də Ukrayna hərbi gəmiləri Krım sularına daxil olduğu andan etibarən Rus donanması və sahil təhlükəsizlik gəmiləri tərəfindən nəzarətə götürülüb.

 

Ukraynada bu hadisəni ordunun strateji addımı adlandırsalar da, rusiyalı siyasətçilər baş verənləri  sularda sərbəst hərəkət etmək haqqındakı müqavilənin pozulması istiqamətində bir təşəbbüs kimi dəyərləndirirlər.

 

Eyni zamanda Ukraynaya məxsus hərbi gəmilərin tezliklə Azov dənizinə geri dönəcəyi bildirilib.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system