NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Ukraynanı ABŞ məcbur etdi...” - Sabiq prezident gizlinləri açdı

Oxundu: 161
“Ukraynanı ABŞ məcbur etdi...” - Sabiq prezident gizlinləri açdı

“Ukrayna ABŞ-n iqtisadi sanksiya təhlükəsinə görə nüvə silahından imtina etməyə məcbur oldu”.

İslaminSesi Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri sabiq Ukrayna prezidenti Leonid Kravçuk bildirib.


Kravçukun sözlərinə görə, o zaman Ukraynada həm daxili, həm də xarici problemlər vardı: “Digər tərəfdən, iqtisadi sanksiyalarla bağlı xarici təzyiqlər, Ukraynanın böyük ordu saxlamaq üçün büdcəsinin kifayət etməməsi Kiyevin ABŞ-ın təhdidləriylə razılaşmasına gətirdi”.


Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Ukrayna əhəmiyyətli nüvə arsenalına yiyələndi. Nüvə arsenalı 1,7 min nüvə döyüş başlığından, 176 qitələrarası raket və 44 strateji bombardirdən ibarət idi.


1994-cü ildə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya Budapeştdə nüvə silahının yayılmaması haqqında memorandum imzaladı. Müqaviləyə uyğun olaraq Ukraynanın ərazisində nüvə arsenalı ləğv edildi, amma nüvə dövlətləri Kiyevə təhlükəsizlik zəmanəti verməyi öhdəsinə götürdü.


P.S. Düzdü, adları qeyd olunan dövlətlər Ukraynanın təhlükəsizliyinə zəmanət verdilər, amma zaman onların buna əməl etmədiklərini göstərdi. Ən azı Krımın ilhaqı bunun əyani sübutudur. (İslaminSesi)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system