NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ukraynada erməni azərbaycanlını amansızlıqla öldürdü

Oxundu: 139
Ukraynada erməni azərbaycanlını amansızlıqla öldürdü

Ukraynanın Kirovoqrad vilayətinin Kropivnitskiy şəhərində Ermənistan vətəndaşı, 1980-cı il təvəllüdlü Boqdasaryan Aznavur Eduardoviç avtomat silahla Azərbaycan vətəndaşı, 1972-ci il təvəllüdlü Əsgərov Əlövsət Cabir oğlunu gülləbaran edərək öldürüb.

"İslaminSesi.info"  Report-a istinadən məlumat verir ki, yerli polis tərəflər arasında yaranan mübahisənin sonda etnik zəminə keçdiyini bildirib.

 

Ə.Əsgərov Boqdasaryanın etnik zəmində təhqirlərinə dözməyərək, ona zərbələr endirib.

 

Buna cavab olaraq Ermənistan vətəndaşı avtomobilindəki avtomat silaha əl ataraq açdığı atəş nəticəsində silahın darağındakı bütün güllələri həmyerlimizin bədəninə boşaldıb.

 

Hadisəni törədən A.Boqdasaryan hadisə yerindən qaçıb, polis onu axtarır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system