Ukrayna təyyarəsi qəzaya uğrayarkən İran sərhədləri yaxınlığında 6 qırıcı uçurdu

Oxundu: 207
Ukrayna təyyarəsi qəzaya uğrayarkən İran sərhədləri yaxınlığında 6 qırıcı uçurdu

"Əlimizdə olan məlumatlar göstərir ki, Tehranda Ukrayana təyyarəsi qəzaya uğrayarkən F-35 tipindən olan azı altı Amerika təyyarəsi düz İranın sərhədləri yaxınlığında uçurdu".

İslaminSesi xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov cümə günü öz illik mətbuat konfransında deyib.

 

Rusiyanın xarici işlər naziri mətbuat konfransında həmçinin Avropanın nüvə anlaşmasının hazırkı taleyində İranı müqəssir göstərməyə çalışması barədə xəbərdarlıq edərək deyib ki, anlaşmanı imzalamış üç Avropa ölkəsi Amerikanın təzyiqləri qarşısında təslim olaraq, nüvə anlaşmasının mübahisələrin tənzimlənməsi mexanizmini fəallaşdırdılar və bu göstərir ki, Avropa günahları İranın boynuna atmaq niyyətindədir.


"İran könüllü öhdəliklərini dayandırdığını bildirərkən biz onu dərk edirik" - Lavrov əlavə edib.


Xatırladaq ki, Ukrayna Hava Yollarına məxsus bir sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni(r.ə.) adına hava limanının yaxınlığında qəzaya uğrayıb, bütün sərnişinləri və ekipaj üzvləri həlak olublar.


İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bir məlumatda terrorçu ABŞ ordusu təyyarələrinin İran ətrafında uçmalarına işarə edərək, Ukrayna təyyarəsinin dönməsinə və həssas bir hərbi mərkəzə yaxınlaşmasına görə baş verən insan səhvi təyyarənin hədəfə alınmasına və qəzaya uğramasına bais olduğunu bildirib./azeri.sahartv.ir/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system