Ukrayna əhalisinin sayı açıqlanıb –19 ildə 11 milyon azalma var

Oxundu: 102
Ukrayna əhalisinin sayı açıqlanıb –19 ildə 11 milyon azalma var

Ukrayna əhalisinin sayı açıqlanıb.

İslaminSesi “Meduza”-ya istinadla xəbər verir ki, 2019-cu ilin dekabrın 1-nə görə Ukrayna əhalisi 37 milyon 289 min nəfər olub.

 

Məlumata görə, siyahıyaalınma elektron test formasında aparılıb. Bu statistikada Ukraynanın nəzarət altında olmayan Krım, Luqansk və Donetsk vilayətlərinin əhalisi nəzərə alınmayıb.


Qeyd edək ki, müstəqil Ukraynanın tarixində yeganə siyahıyaalınma 2001-ci ilin dekabrın 5-də baş tutub. Nəticələrə görə, ölkədə 48 milyon 457 min nəfər yaşayıb.


Beləliklə, son 18 ildə Ukrayna əhalisinin sayı 11 milyon azalıb.


1989-cu ildə SSRİ-nin siyahıyaalınmasına görə, Ukrayna əhalisi 51 milyon 707 min olub./Report/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system