NAMAZ VAXTLARI:
  • FƏCR 05:02
  • GÜN 06:24
  • ZÖHR 12:35
  • ŞAM 19:02
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 360
Üç il əvvəl törədilən avtomobil oğurluğunun üstü açılıb - Bərdədə

Üç il əvvəl törədilən avtomobil oğurluğunun üstü açılıb - Bərdədə

İslaminSesi bildirir ki, Bərdədə avtomobil oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, bu ilin aprel ayında Bərdə rayon Alpoud kənd sakini Ramin İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı maşının oğurlandığı barədə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılıb. 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nətcəsində oğurluğu törətməkdə şübhəli bilinən Beyləqan rayon sakinləri Nurlan Məmmədli və İbrahim Feyziyev şübhəli blinərək saxlanılıb. Araşdırmalarla onların 2015-ci ildə Alpoud kəndindən daha bir “VAZ-2107” markalı maşını oğurladıqları da məlum olub.

Onların ətrafında davam etdirilən araşdırmalarla həmyerliləri Abbas Şabanov və Elmir Həsənov ilə birlikdə İmişli rayonun ərazisindən bir ədəd “VAZ-2107” və Beyləqan rayonun ərazisindən iki ədəd traktor qoşqusu oğurladıqları da müəyyən edilib. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf edib.

Oğurlanan avtomobillər maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system