“Twitter” işçiləri rüşvət qarşılığında casusluq etdilər - Səudiyyə hökuməti məlumatları ələ keçirib
Oxundu: 115
12:45, 07.11.2019
Səudiyyə Ərəbistanı hökumətinin “Twitter”də məşhur jurnalistlər və müxalifətçilərin hesablarını ələ keçirdiyi üzə çıxıb.
İslaminSesi “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Səud hökuməti bunun üçün “Twitter” işçilərinə dəyərli hədiyyələr və yüksək miqdarda pul ödəyib.
Bununla bağlı ABŞ-ın San-Fransiskodakı Regional Məhkəməsində iş açılıb.
İstintaq zamanı müəyən edilib ki, profillərin izlənilməsi 2015-ci ildən başlayıb və 4 il ərzində 6 mindən çox insanın məlumatları ələ keçirilib.
Faktın üzə çıxmasından sonra “Twitter” rəhbərliyi Səudiyyə hökumətinə casusluq edən iki işçini işdən çıxarıb. İşdən çıxarılanlardan biri ailə ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və bir daha ABŞ-a qayıtmayıb./BAKU.WS/
DİGƏR DÜNYA XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
ABŞ-a məxsus böyük hərbi texnika İraqdan Suriyaya keçdi – Video 22:38, 14.12.2019
-
Okeaniyada qızılca epidemiyası - 100-ə yaxın ölü 14:46, 14.12.2019
-
Ömər əl-Bəşir həbs edildi, malı müsdrirə ediləcək 14:33, 14.12.2019
-
Səudiyyə Ərəbistanı husilərlə döyüşdə 6 əsgərini itirib 12:45, 14.12.2019
-
Rusiya ilə Yaponiya Aya göndərmək üçün robot hazırlayacaq 10:47, 14.12.2019
-
İordaniyada “donuz qripi”nə yoluxanların sayı 90-a çatdı 10:27, 14.12.2019
-
Bu il dünyada 75 jurnalist öldürülüb 10:08, 14.12.2019
-
Putinlə görüşmək üçün rekord sayda jurnalist qeydiyyatdan keçdi 22:29, 13.12.2019
ŞƏRH YAZIN