NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tvitterdə qalmaqal - İstifadəçilərin bu məlumatları üçüncü şəxslərə göndərildi

Oxundu: 134
Tvitterdə qalmaqal - İstifadəçilərin bu məlumatları üçüncü şəxslərə göndərildi

Məşhur sosial şəbəkələrdən olan tvitter bu dəfə istifadəçilərin yerləşdiyi məkanlarla bağlı məlumatları üçüncü şəxslərə -reklamverənlərlə paylaşması qalmaqalı ilə gündəmə gəlib.

İslaminSesi.info xəbər verir ki, narazılığa səbəb olan bu məlumatdan sonra açıqlama verən şirkət bunun bir virusdan qaynaqlandığını bildirib.

 

Bu məlumat isə istifadəçilərin ciddi narahatlığına səbəb olub. İndi istifadəçilər bu şəxsi məlumatlarının kimin əlində olmasından xəbərsizdir.

 

Sosial şəbəkənin öz saytında verilən açıqlamada bu məlumatların göndərilən tərəfdə saxlanılmadığını, problem anlaşılan kimi silindiyini açıqlayıb. Şirkət həmçinin istifadəçilərindən üzr istəyib. Bu problemin bir daha təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirdiklərini bildirib.

 

Qeyd edək ki, bundan əvvəl feysbuk sosial şəbəkəsi istifadəçilərin şəxsi məlumatlarda gizlilik tələbini pozması ilə gündəmə gəlmişdi.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system