Türkləri öldürüb ABŞ xalqına mesaj göndərdi - VİDEO

Oxundu: 87
Türkləri öldürüb ABŞ xalqına mesaj göndərdi - VİDEO

Almaniyada beşi türk olmaqla 11 nəfəri öldürən, sonra isə intihar edən şəxsin kim olduğu aydınlaşıb.

1977-ci il təvəllüdlü Tobias R. adlı şəxsin radikal millətçi olduğu, iqtisadiyyat üzrə ali təhsil adldığı, intihar etməmişdən əvvəl anasını da öldürdüyü bildirilir. 

 

Hanau şəhərində iki ayrı ofisə hücum edərək 11 nəfəri öldürən Tobias R. intihar etməmişdən əvvəl məktub yazıb və yutuba video yerləşdirib.


Xüsusi təyinatlılar onun şəxsiyyətini müəyyənləşdirdikdən sonra evinə hücum ediblər və ana-balanın meyitini tapıblar.


Onun yazdığı məktubda, "bəzi millətlər yox edilməli və bunlara Almaniya pasportu verilməməlidir", - deyə yazılıb.


Yayımladığı videoda isə, "ABŞ-ın yer altında hərbi bazaları var və burada uşaqlara işkəncə verirlər, öldürülər. Burada şeytana sitayiş edilər. Amerika vətəndaşları oyanmalı və bunlarla müharibə etməlidir", - deyə bildirilir./Faktxeber.com/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system