NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 370
Türkiyənin siyasi gündəmini çalxalayan Meral Akşener kimdir?

Türkiyənin siyasi gündəmini çalxalayan Meral Akşener kimdir?

Meral Akşener kimdir?

İslaminSesi bildirir ki, 61 yaşlı Meral Akşener aktiv siyasətə 1990-cı illərdə başlayıb. 1994-cü ildə Doğru Yol partiyasından öz namizədliyini irəli sürərək Koceli bələdiyyəsinə seçilmək istəsə də alınmadı. Bir il sonra həmin patiyanın qadın qollarından birinin rəhbəri oldu. 1995-ci ildə ilk dəfə ümumi seçkilərdə iştirak etdi. 1996-cı ildə Susurluq hadisəsindən sonra boşalan daxili işlər naziri postunu tutdu. Hazırda Akşener Türkiyə tarixində ilk  və tək daxili işlər naziri olmaq ünvanına malikdir. 

 

1999-cu ildə ikinci dəfə deputat olan Akşener 2001-ci ildə Doğru Yol partiyasından istefa etdi. MHP partiyasından namizəd oldu və 2007-ci il və 2011-ci illərdə yenidən millət vəkili seçildi. İki mövsüm Türkiyə Böyük Millət Məclisinin sədri oldu. 7 iyunda MHP-də namizəd göstərildi, amma kənarda qaldı. 

 

Bu məsələ ilə əlaqədər olaraq partiyada təcili qurultay tələb etdi. Səs sayı ilə azlıqda qaldıqda isə partiyadan xaric olundu. Nəhayət onun özünün partiya qurmaq vaxtı çatdı. 24 oktyabra qədər partiyanın nə zaman qurulacağı və məqsədləri sirr kimi qorundu. Elandan sonra partiyanın sarı, lacivərd loqosunda 8 xəttin mənası açıqlandı. "Yaxşı" partiyanın 8 prinsipi: ümid, qərarlıq, ədalət, gələcək, bilgi, zənginlik, cəsarət və mədəniyyət açıqlandı. Partiyanın şüarı isə "Türkiyə yaxşı olacaq"dır. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system